Cəmiyyət

Bu proseslə vətəndaşlarımızın məhkəmələrə əlçatanlığı təmin olunacaq - VİDEO

10 İyun 2021 15:18
Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallı Məhkəmə Kompleksi istifadəyə verilənə qədər dörd kollegiyadan ibarət tərkibdə fəaliyyət göstərən Şirvan Appellyasiya məhkəməsi Şirvan şəhərində fəaliyyət göstərirdi. Hazırkı məhkəmə kompleksi istifadəyə verildikdən sonra Şirvan Appellyasiya Məhkəməsinin iki kollegiyasının hər birindən bir tərkib öz işlərini burada həyata keçirəcək. Bunda məqsəd ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması ilə yanaşı, həm də vətəndaşlarımızın məhkəmələrə əlçatanlığının təmin olunmasıdır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Masallı Məhkəmə Kompleksində təşkil olunmuş mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.