Orqanizmin funksiyasının 30 faizədək pozulması əlillik sayılmayacaq - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əllilik bədənin funksiyasının itirilmə faizinə görə hesablanacaq.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu qayda Milli Məclisdə birinci oxunuşdan keçən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunda öz əksini tapıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, burada əsas məqsəd əlilliyin ekspertizasını daha da şəffaflaşdırmaq və neqativ halları aradan qaldırmaqdır.
Dünyanın bütün qabaqcıl ölkələrində bu üsuldan istifadə edilir. Orqanizmin funksiyasının 30 faizədək pozulması heç bir əlillik halı yaratmır. Orqanizmin funksiyasının 31 faizdən 60 faizə qədər pozulmasına görə indiki 3-cü qrupa uyğun, 61 faizdən 80 faizə qədər 2-ci qrupa, 81 faizdən 100 faizə qədər pozulmasına görə isə 1-ci qrupa uyğun əlillik təminatları nəzərdə tutulub.
Bu qanun qəbul edildikdən sonra Nazirlər Kabineti beynəlxalq təcrübə nəzərə alınmaqla, xəstəliklərin müxtəlif kombinasiyaları əsasında 800-ə yaxın meyarı da təsdiq edəcək.
Müharibə iştirakçıları ilə digər hadisələr zamanı sağlamlığını itirənlərin əlillik təyinatında fərq olmayacaq. Lakin pensiyalar fərqli hesablanacaq.
Daha bir dəyişiklik isə ekspertizaya daxil olan sənədlərə baxılma müddəti ilə bağlıdır. Hazırda heç bir müddət nəzərdə tutulmadığından bəzən bu sənədlərin araşdırılması bir neçə ay çəkir. Yeni qanunda isə sözügedən sənədlərə baxılması üçün 10 gün müddət nəzərdə tutulub. Əlavə müayinəyə ehtiyac olarsa, bunun üçün də 5 gün vaxt tələb olunacaq. Gələn ilin yanvarından qüvvəyə minəcək yeni qanun həmin tarixdən sonra əlillik təyin edilənlərə və təkrar müayinəyə gedənlərə şamil olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





