Cəmiyyət

Ramiz Əzizbəylinin vəziyyəti ilə bağlı yeni açıqlama

9 İyun 2021 15:34
Baxış: 5 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır, aktyor huşzuz vəziyyətdədir, onun həyatı aparatla dəstəklənir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Nurlan Əzizbəyli deyib.

O bildirib ki, həkimlər aktyorun yanına heç kimi buraxmır: "Həkimlər deyir ki, onun həyatını yalnız möcüzə xilas edə bilər. Biz hamımız onun üçün dua edirik".

Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı Xalq artisti iki həftədən çoxdur Zığ qəsəbəsindəki modul tipli hospitala yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.