Cəmiyyət

Kəlbəcərdə şəhid olan icra nümayəndəsinin müavini – FOTO

4 İyun 2021 15:26
Baxış: 1 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə "Kamaz" markalı sərnişin avtomobilinin minaya düşməsi nəticəsində 3 nəfər həlak olub. 

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki,onlardan biri RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan A. Əliyevə də şəhid statusu veriləcək.

Xatırladaq ki, hadisə nəticəsində həlak olan digər şəxslər Az TV telekanalının operatoru Sirac Abışov və Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovdur. 

Avtomobilin minaya düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.