Cəmiyyət

MEDİA, Azərtac və AzTV jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı birgə məlumat yayıb

4 İyun 2021 13:25
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Dövlət İnformasiya Agentliyi ("Azərtac") və Azərbaycan Televiziyası (AzTV) birgə məlumat yayıb.

Milli.Az xəbər verir ki, məlumatda deyilir:

İşğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir.

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.