Cəmiyyət

Şəhid Nurəhməd Ulubəyovun anım günü - VİDEO

3 İyun 2021 15:00
Baxış: 1 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

O, Cəbrayılın azad olunmasında iştirak edib

Milli.Az Real TV-ə istinadən bildirir ki, yaşasaydı bu gün 26 yaşını qeyd edəcəkdi. Şəhid Ulubəyov Nurəhməd Hacıbəy oğlu Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qehremanlıq göstərib və əks hücum əməliyyatında şəhid olub. Xalqımız bu gün onu sevgi və ehtiramla anır.

Könüllü olaraq döyüşlərə qatılan və ön cəbhədə düşmənə qan udduran Nurəhməd torpaqlarımızın alınmasında iştirakını özünə borc və şərəf bilib. Müharibədə mətinlik və mərdlik nümayış etdirərək 2020-ci ilin oktyabr ayının 8-i döyüş meydanında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nurəhməd və və döyüş yoldaşları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borclarını şərəflə yerinə yetiriblər.

Ulubəyov Nurəhməd Xətai rayonu 25 nömrəli tam orta məktəbı bitirib. Lomonov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsini uğurla başa vurub. Mühasibat uçotu və maliyyə şöbəsində mühasib vəzifəsində çalışıb. Gülərüzlüyü, zarafatçılığı və saf ürəyi ilə yaddaşlarda qalıb.

Ulubəyov Nurəhməd Oktyabr ayının 9-u 2 saylı Fəxri və Şəhidlər xiyabanında torpağa tapşırılıb. Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə Medalları ilə təltif olunub.Cənnətdəki ilk doğum günün mübarək olsun,Şəhidim..

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.