Cəmiyyət

Vətən müharibəsi şəhidi Məmmədağa İmanovla vida mərasimi keçirilir - FOTO

1 İyun 2021 12:07
Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsinin şəhidi Məmmədağa İmanovla Neftçala rayonunda vida mərasimi keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhid hərbçinin nəşi anadan olduğu Neftçala rayonunun Dalğa kəndinə gətirilib.

Şəhidin anadan olduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, İmanov Məmmədağa İqab oğlu 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub.

Onun Vətən müharibəsi başlayandan bir neçə gün sonra ailəsi ilə əlaqə saxladığı bildirilir. Bundan sonra ondan xəbər olmayıb, itkin kimi qeydə alınıb.

Hərbi Prokurorluğun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.