Cəmiyyət

“Lider TV"nin əmlakı bu şəxsə tapşırıldı

1 İyun 2021 09:34
Baxış: 2 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş "Lider TV və Radio-Azərbaycan" MMC-yə əmlak inzibatçısı təyin edilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti "Teleqüllə"yə borclu olub. Odur ki, onun əmlakını da "Teleqüllə"nin rəhbəri satacaq.

Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud "Lider TV və Radio-Azərbaycan"ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayet Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.