Cəmiyyət

Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı

31 May 2021 15:24
Baxış: 2 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda Vətən Müharibəsi iştirakçısına cinayət işi açılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Səmədov Sahib Mehralı oğlu Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar tördildikdə) maddəsi ilə ittiham olunur.

İşə İmişli rayon məhkəməsində hakim Tərlan Nüsrətovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesində Hüseynov Arif Mikayıl oğlu, Əhmədov Famil Əşrəf oğlu, Astanov Vidadi Surxay oğlu, Nəcəfov Elxan İsmayıl oğlu, Əliyev Mürsəl Mütəllim oğlu və Həsənov Rəhman Qara oğlu zərərçəkmiş şəxs qismində çıxış edəcəklər.

Qeyd edək ki, S.Səmədov Vətən Müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.