Cəmiyyət

Şəhid Araz Seyfullayevin doğum günüdür - VİDEO

29 May 2021 09:36
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində minlərlə oğullarımız canlarından keçdilər. Onlardan biri də Masallı rayon sakini Araz Seyfullayevdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2001-ci il mayın 28-də anadan olan Araz Seyfullayev 2019-cu ilin iyulunda hərbi xidmətə yollanıb.

Hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb. İlk günlərdən döyüşlərə qatılan qəhrəmanımızın döyüş yolu Murovdağdan başlayıb.

Şəhdimizin anası Günay Seyfullayeva deyir ki, Araz  hər zaman Vətən sevgisi ilə yaşayıb və torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzularından bir  olub. Ona görə də Araz hərbi xidmətdə olduğu dövrdə ancaq döyüş bölgəsində xidmət etmək istəyirdi. O, ötən il oktyabrın 8 də Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Yaşasaydı bu gün 20 yaşı olacaqdı.

Araz Seyfullayev ölümündən sonra  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.