Cəmiyyət

Cəlilabadda 2 uşaq anasının qətlinin təfərrüatı - YENİLƏNİB

28 May 2021 17:01
Baxış: 2 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17:01

Cəlilabadda 46 yaşlı qadının qətlinin təfərrüatları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Təzəkənd kənd sakini, 1975-ci il təvəllüdlü Rəna Allahqulu qızı Xanəliyeva ilə onun keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cavid Nəriman oğlu Bayramov arasında mübahisə yaranıb.

Barışmaqlarını istəyən C. Bayramov mübahisə nəticəsində R. Xanəliyəvanı öz evində 10-dan çox bıçaq zərbəsi ilə qətlə yetirib.

Təxminən 10 il əvvəl boşanmış cütlüyün 2 övladı var.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

-------

13:26

Cəlilabadda qadın qətlə yetirilib.

Milli.Az APA-ya istinadən bildirir ki,  qətl hadisəsi rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini olan qadının öldürüldüyü bildirilir.

Hazırda öldürülən qadının və qətli törədənin kimliyi müəyyənləşdirilir.

Faktla Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.