Cəmiyyət

Xiyar və pomidor həyətlərdə qalıb - VİDEO

26 May 2021 10:29
Baxış: 1 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçayda tonlarla xiyar və pomidor həyətlərdə tökülüb qalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Ləkçılpaq kəndinin sakinləri istixanalarda becərdikləri məhsulları sata bilmirlər.

Xiyar yetişdirən təsərrüfat sahibləri bildirirlər ki, 10 gündən çoxdur məhsul yığımı aparılsa da, alıcı tapmaqda çətinlik çəkirlər. Ona görə də bu tərəvəz məhsulunun yerində qiyməti 3-5 qəpiyə qədər düşüb.

Pomidor yetişdirənlər də eyni aqibətlə üzləşiblər. İstixanalardan yığılan pomidorlar əllərində qalıb. Məhsulu əsasən Rusiya bazarlarına çıxaran kənd sakinləri indi çarəsiz qalıblar. Azərbaycan-Rusiya sərhədində qarşı tərəfdə yaranan problemə görə yük maşınlarının keçidinin ləngiməsi onların işini çətinləşdirib. Yerli bazarlarda da tələbat az olduğundan pomidor satılmır.

Maraqlıdır ki, Göyçayda 10 qəpiyə belə satılmayan pomidor paytaxt bazarlarında 1-2 manata, hətta marketlərdə bundan daha yuxarı qiymətə təklif olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.