Cəmiyyət

Turizmin xilas yolu - VİDEO

17 May 2021 12:19
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yayı azad keçirməyimiz vətəndaş məsuliyyətindən asılıdır

Milli.Az Real TV-ə istinadən bildirir ki, turizm sektorunda çalışanlar 2021-ci ilin yay mövsümünədək koronovirus pandemiyasının yayılma tempinin azalmaqda davam edəcəyinə, nəticədə turizm sektorunun dirçəlişinin başlayacağına ümid edirlər. Bu sahə üzrə mütəxəssislər hesab edirlər ki, hər şey ölkədə koronavirusa qarşı aparılan mübarizə tədbirlərinə vətəndaşların da dəstək olmasından, vətəndaş məsuliyyətinin nəhayət ki, pandemiyaya qalib gələ bilməsindən asılıdır.

Bir sıra ölkələrdə koronavirus üzərində qələbənin elan edilməsi ümidləri daha da artırır. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, dövlət səviyyəsində bir ildən artıqdır ki, koronavirusla ciddi və keyfiyyətli mübarizə tədbirləri görülür. Amma həkim-deputatın fikrincə, bu məsələdə vətəndaşlardan, onların virusdan qorunma tədbirlərində iştirakından çox şey asılıdır.

Qeyd edək ki, Azərbaycanda indiyədək 1 milyon 800 min vətəndaş vaksinasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.