Cəmiyyət

Goranboyda ağır qəza: sürücülər xəsarət alıblar - VİDEO - FOTO

15 May 2021 11:29
Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəlməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını ilə "Hyundai" markalı minik avtomobili toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Hyundai" markalı minik maşınının sürücüsü Goranboy rayon icra başçısının sabiq müavini Elçin Cahangirovun oğludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.