Cəmiyyət

Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri

13 May 2021 10:57
Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüz illər ərzində ermənilər bizim torpaqlarımızı işğal edib. Xalqımız nə qədər bir olsa, bir yumruq kimi birləşsə, daim zəfər çalacaq. Biz həmişə bir olmalıyıq. Çünki Azərbaycan xalqı bu birlik sayəsində qələbə qazandı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə deyib ki, qələbəni qazanmaq üçün dövlət və xalq birliyi, iman lazım idi. Azərbaycan xalqı bu birlik sayəsində qələbə qazandı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərə şəfa versin. Ali Baş Komandanın dediyi kimi, bir yumruq kimi birləşdik və erməni faşizmini məhv edə bildik. Mən çox sevinirəm ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxışında bildirdi ki, dəmir yumruğun içərisində dindarldarımız da var.

Buna görə Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Həqiqətən də belə oldu. Bu dövrdə aktiv fəaliyyətlərinə görə din xadimlərimizə təşəkkürümü bildirirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.