Yol polisi katalizatora görə "Prius"ları cərimə meydançasına aparır? – DYP-dən AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşlarının "Toyota Prius" markalı hibrid avtomobilləri katalizatorun olmadığını əsas gətirərək qeyri-qanuni olaraq cərimə meydançasına aparması ilə bağlı iddia yayılıb.
Milli.Az yeniavaz.com-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçisi iddia edir ki, sürücülər, sözügedən səbəblə cərimə meydançasına aparılan avtomobillərini Baş Dövlət Yol Polisi İdarəsində 150 manat ödəməklə çıxara bilirlər:
"Prius"ları (Toyota) yolda saxlayırlar ki, "sür ustaya, yoxlayaq görək katalizator var, ya yox". Sürücü də biraz xam olur, sürür ustanın yanına. Ustanın yanında serjant girir maşının altına və "otvertka" ilə katalizator olan yerə vurur, səs xoşuna gəlmədi, aha, demək ki, katalizator yoxdur, maşın (tam qeyri-qanuni) gedir "ştrafnoy"a".
Sosial şəbəkə istifadəçisi bu haqda, sözügedən prosesi yaşamış bir şəxsə istinadən məlumat verdiyini bildirib və avtomobilini cərimə meydançasından götürməsi üçün həmin şəxsə Bakı şəhəri DYPİ tərəfindən verilən arayışın fotosunu təqdim edib:
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev yeniavaz.com-a bildirib ki, katalizatorun olmaması inzibati xətadır və buna görə qanunla təyin olunmuş cərimənin miqdarı 150 manatdır:
"O iddia deyil. Elə faktlar var. "Toyota Prius"lardan katalizatorları çıxardırlar. Katalizatorun nəqliyyat vasitəsində olmamağı inzibati xətadır, texniki nasazlıq sayılır. Çünki katalizator filtir rolunu oynayır. 150 manat isə onun qanuni cəriməsidir. Katalizatorun olub-olmamasını anlamaq üçün ustaya getməyə ehtiyac yoxdur, bunu mühərriki işə salanda bilmək olur. Bunu sürücülərin özləri də etiraf edirlər".
N. Piriyev bildirib ki, texniki nasazlığa görə nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilibsə, nasazlıq aradan qaldırılmamış buraxılmamalıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





