Cəmiyyət

Vergi hesabatının verilməsi müddəti hansı hallarda uzadıla bilər?

9 May 2021 23:10
Baxış: 575

Vergi hesabatının verilməsi müddətinin uzadılması Vergi Məcəlləsinin 74-cü maddəsi ilə tənzimlənir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən Milli.Az-a bildirilib ki, həmin maddənin müddəalarına əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergiödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddəyə uyğun olaraq, müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.