Cəmiyyət

Bu məktəbin cəmi bir şagirdi var -VİDEO

8 May 2021 14:37
Baxış: 1 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu məktəbin cəmi bir şagirdi var.

Şabran rayon, Leyti kənd ibtidai məktəbinin cəmi bir şagirdi var. Həmin şagird Ayxan Cəlilovdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər deyirlər ki, Leyti kəndində 85 ailə yaşayır.

Qışda ailələrin başqa yerlərə müvəqqəti köçməsi nəticəsində sakinlərin sayı iki dəfədən çox azalır. Şagirdlərin azalmasına həm bu amil təsir edir, həm də valideynlər uşaqları 5 - 6 km məsafədə olan Gəndab kəndindəki məktəbə göndərirlər.

4-cü sinif şagirdi olan Ayxan isə cari tədris ilində kənddə yeganə şagird olduğuna görə məktəbin fəaliyyəti yanvar ayına qədər davam etdirilib.

Rayon təhsil şöbəsindən bildirilib ki, Leyti kənd ibtidai məktəbində bir şagird qaldığına görə tədris ocağının fəaliyyəti müvəqqəti dayandırılıb.

Ayxandan başqa kənddən olan digər şagirdlər hazırda qonşu məktəblərdə təhsil alırlar.

Rayon təhsil şöbəsindən o da bildirilib ki, şagirdlərin sayı artarsa məktəbin fəaliyyəti bərpa oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.