Molla öldürdüyü qadının dəfnində dua oxuyub, qatili söyübmüş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Lerik rayonunun ucqar Barzavu kəndində 40 yaşlı kənd sakini Zəkifə Feyruz qızı Fərziyeva yaşadığı evində kənddə mollalıq edən Murad Əsgərov adlı şəxs tərəfindən qətlə yetirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun doğmaları hadisənin bəzi detallarını Sputnik Azərbaycan-ın əməkdaşları ilə bölüşüblər.
Zəkifə Fərziyevanın atası Feyruz Fərziyev xəbəri eşidib hadisə yerinə gedəndə kəndin mollasının özünü şübhəli apardığını və çox həyəcanlı olduğunu görüb:
"Gördüm ki, bu Murad həyətdə qalıb, mənim ona baxdığımı görüb özünü itirdi və ərazidən uzaqlaşdı. Qətli onun törətdiyini düşündüm, çünki bir müddət əvvəl rəhmətlik qızım bu "molla"nın nalayiq davranışından bizə şikayət etmişdi. Murad bir dəfə qızımgilin həyətinə gedib, uzanıb cavan uşaqlarla bir yerdə siqaret çəkməyə başlayıb. Zəkifə də: "Sən molla adamsan, burada sənin tay-tuşun yoxdur. Gəlib burada niyə uzanmısan?" - deyə irad bildirib. Sonra isə bu hadisəni gəlib öz anasına danışıb. Yoldaşım da gedib Muradın həyat yoldaşına deyib və mollanı biabır edib.
Fotoda: Feyruz Fərziyev

Hadisəni törədən gün isə molla evə girib, qızıma: "Ya mənim olacaqsan, ya da səni öldürərəm", - deyib. Həmin an Zəkifəgilin qonşuluğunda yaşayan bir gəlin onların həyətinə gəlib. Qızım haray salıb kömək çağırmaq istəyəndə molla onun ağzını əli ilə tutub, əlindəki bıçaqla boğazını kəsib.
Sonradan kənddə istintaq gedəndə Muraddan: "O gəlin də içəri girsəydi, nə edəcəkdin?" - soruşublar. "Heç nə, onu da öldürəcəkdim və hər ikisinin əlinə bıçaq qoyacaqdım ki, sanki bunlar özləri biri-birilərini vurublar", - cavabını verib. Bu da kəndin "molla"sının gördüyü iş".
Qətlə yetirilən Z.Fərziyevanın qardaşı İsmayıl Fərziyev qatilin əlcək geyərək mərhum bacısının evinə gəldiyini vurğulayır: "Gözləyib, evdə heç kim olmayandan sonra evə girib. Bacıma əxlaqsız təklif edib, o, təklifi rədd edəndən sonra boğazını kəsərək onu qətlə yetirib. Sonra isə bu M.Əsgərov evdə törətdiyi cinayətin izini itirməyə başlayıb. Həyətdə olan araq butulkalarını, enerji içkisinin dəmir bankasını silib və gətirib evdə qoyub ki, sanki bacım oğlu araq içib sərxoş olandan sonra anasını öldürüb. Bacım oğlunun paltarını gətirib mərhumun əlinə verib, evdə olan bıçaqlardan birini gətirib qana bulayıb, qoyub orada. Yəni o, həmin evə tam hazırlıqlı gəlib. Bacımın dəfn mərasimində də iştirak edib. Üzünü təraş edib gəlmişdi. Hətta rəhmətlik bacımın ruhuna da dualar oxuyub, sonra isə bu qətli törədəni söyüb, qarğış edərək məclisi tərk edib".
İsmayıl Fərziyev

Zəkifə Fərziyeva kənddə böyük oğlu İgid Fərziyevlə yaşayırmış. Mərhumun meyitini də elə ilk İ.Fərziyev aşkar edib: "Həmin gün səhər oyandım, gördüm, anam artıq oyaqdır. Mənə atası evinə gedəcəyini və sonra da elektrik enerjisinin pulunu ödəyəcəyini dedi. Təxminən 20 dəqiqə sonra qayıtdı və mənim üçün yemək qoydu, mən də anama meşəyə gedəcəyimi dedim. Yeməyimi yeyəndən sonra təxminən səhər 11-ə işləmiş olardı, evdən çıxdım, bir də günorta 4-ə işləmiş gəldim evə. Həmişə oturduğumuz otağa girdim və anamın orada olmadığını gördüm.
İgid Fərziyev

Sonra çölə çıxıb çağırdım, hay vermədi. Həmin gün yağış yağırdı, dəsmalı götürüb başımı qurulayanda digər otağa girdim, anamın yerdə uzandığını gördüm. Amma elə uzanmışdı, üzünü görmürdüm. Dedim, bəlkə, huşunu itirib, özümə tərəf çəkdim. Gördüm ki, ağzı açıq qalıb, gözləri bərəlib və boğazı kəsilib. Qorxdum və çölə qaçıb qohum-qonşunu çağırdım. Cinayəti törədən də elə etmişdi ki, bu cinayət mənim boynuma qalsın. Molla hətta evin damına çıxıb evi yandırmaq istəyib, amma alınmayıb".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı





