"Canavar" postunda yaralanan qazimiz: Bu post çox əhəmiyyətli idi - MÜSAHİBƏ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən Müharibəsinin qəhrəmanlarından biri də Sərxan Abbasovdur.
Milli.Az bildirir ki, Trend Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə yaralanaraq qazi olan, Sərxan Abbasovla müsahibəni təqdim edir:
Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz.
Mən, Abbasov Sərxan Yaşar oğlu 1997 ci il aprel ayının 28-də Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi Bakının Sabunçu rayonunda almışam. Ali təhsilliyəm. Azərbaycan Dövlət Aqrar Universtetində təhsil almışam. Təhsilimin 1 ci kursunu tamamladıqdan sonra hərbi xidmətə yola düşmüşəm. Hərbi xidmətimi cəbhənin Tərtər istiqamətində ön xəttə keçirmişəm. 2016-cı il Aprel döyüşlərində iştirak etmişəm.
Əsgəri hərbi xidmətimi bitirdikdən sonra həm qiyabi təhsilimi davam etdirmiş, həm də gizir hazırlığı kursuna daxil olmuşam. 2017 ci ilin sentyabr ayının 27 də kursu müvəffəqiyyətlə bitirmiş, gizir hərbi rütbəsi almışam və cəbhənin Murovdağ-Kəlbəcər istiqamətində yerləşən ön xətt bölmələrindən birinə təyin olunmuşam.
İkinci Qarabağ döyüşündə iştirakınız barədə nə deyə bilərsinz?
27 sentyabr döyüşləri başlanan zaman mən Murovdağ briqadası tərkibində taborun döyüş qrupunda şəhid mayor Rahib Babayevin rəhbərliyi altında həmin istiqamətdə yerləşən strateji əhəmiyyətli "Canavar sol" yüksəkliyinin götürülməsi uğrunda döyüşdə iştirak etmişəm.
"Canavar" sol postunun azad olunması barədə bir az ətraflı məlumat verərdiz?
"Canavar" sol yüksəkliyi cəbhənin Murovdağ-Kəlbəcər istiqamətində strateji əhəmiyyət kəsb edən yüksəkliklərdən biridir.
Əks-hücum əmri verilən kimi biz sentyabrın 27-i səhər saat səkkizin yarısı döyüşə girdik. Düşmən belə hücumumuz qarşısında aciz qaldı. Taborumuz qırx dəqiqə ərzində yüksəkliyi düşməndən azad etdi. Yüksəkliyin götürülməsinə taborun komandiri şəhid mayor Rahib Babayev rəhbərlik etmişdir. Bu yüksəklik bütün cəbhə boyu düşməndən azad edilən ilk yüksəklikdir.
Postu təzədən almağa çalışan ermənilərin iki adam dolu avtomobili də döyüşçülərimiz tərəfindən məhv edilib.
Yüksəkliyin götürülməsində fəallıq göstərən hərbi qulluqçularımızdan mayor Babayev Rahib Bəxtiyar oğlu, çavuş İsgəndərov Ümid İlham oğlu, Süleymanov Vüsal Bəxticamal oğlu, çavuş Cəfərov Eyvaz Eldar oğlu, çavuş Kərimli Qismət Oqtay oğlu həmçinin bu şəxslər yüksəkliyin əldə saxlanılmasında da qəhrəmanlıq göstəriblər.
Düşmən üçün bu post çox əhəmiyyətli idi. Ona görə də düşmən bu postu güclü artilleriya atəşinə məruz qoyur və bir neçə dəfə əks hücuma keçir və yüksəklik uğrunda ağır döyüşlər gedirdi. Bu döyüşlər zamanı düşmənə ağır itkiyə məruz qoyan tabor komandiri mayor Rahib Babayev, bölük komandiri kapitan Pənahov Rövşən, müddətdən artıq həqiqi hərbi xidmt hərbi qulluqçusu çavuş Abbasov Azad xüsusi peşəkarlıq və rəşadət göstərmiş və həmin yüksəkliyin əldə saxlanılması zamanı şəhidlik zirvəsinə ucalmışlar.
Həmçinin nəzərinizə çatdırım ki, xidmət etdiyim tabor mayor Rahib Babayevin başçılığı altında bu döyüşlər zamanı Murovdağ istiqamətində uğurlu əməliyyat keçirmiş, döyüşlər tarixində ən az şəhid verən tabor kimi yadda qalmışdır. Taborumuz 5 şəhid vermişdir. Bunlar Mayor Babayev Rahib Bəxtiyar oğlu, kapitan Pənahov Rövşən Mahmud oğlu, leytenant Göyüşov Sərvan Mehman oğlu, çavuş Əmrahov Saməddin Şamil oğlu, əsgər Behbudlu Behbud Rubail oğludur.
Bir faktı da qeyd edim ki, "Canavar" sağ postunu isə XTQ düşməndən azad etmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Fərid Zöhrabov
Trend
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





