Cəmiyyət

Murov qədər uca şəhadət yolu - VİDEO

4 May 2021 12:29
Baxış: 298

Şəhid Hüseyn Əsgərovun ailəsi REAL-a danışır

Oğul Vətənindir - Vətən də bizimdir! deyir şəhid anası Rasimə Əsgərova. Oğlu Hüseyn Əsgərovun şəhadət yolundan qürurla danışır.

Milli.Az Real TV-ə istinadən bildirir ki, 44 günlük müharibədə vətən torpağını qanı bahasına işğaldan azad edən Hüseyn Əsgərovdan 1995-ci il 3 iyun tarixində Gədəbəy rayon Qosabulaq kəndində doğulub. 2001-2012-ci illərdə həmin kənddə orta təhsil alıb.

2013-cü ildə hərbi xidmətə yollanan Hüseyn 2015-ci ilə qədər xidmət edib. Hərbi Xidməti zamanı dəfələrlə fəxri-fərman və təşəkkürnamələrə layiq görülüb.

2017-ci ildə isə müddətdən artıq hərbi xidmətə yollanıb və kəsfiyyatçı kimi xidmətini davam etdirib.

Hüseyn Əsgərov Müharibə başlayan zamandan Murovdağ ətrafı döyüşlərdə qəhrəmanlıqlar göstərib və elə həmin bölgədə də şəhadətə yüksəlib.

Murov qədər uca şəhadət yolu keçən Hüseyn Əsgərovun iki aydan çox nəşi tapılmayıb. Şəhidimiz dekabrın 9-u 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.