Cəmiyyət

Xızıda Vətən müharibəsi şəhidi Kərim Əliyevin xatirəsi əbədiləşdirilib

30 Aprel 2021 10:19
Baxış: 1 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xızı rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Fındığan kəndində şəhid Əliyev Kərim Qeyrətxan oğlunun adına inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhidin doğmaları, döyüşçü yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid  K. Əliyevin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Əliyev Kərim Qeyrətxan oğlu 2000-ci ildə Xızı rayonunun Fındığan kəndində anadan olub.  Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi Kərim Əliyev də təcrübəli snayperçi kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Tərtər, Füzuli istiqamətlərində gedən döyüşlərə qatılıb.

Talışkəndin, Hadrutun azad edilməsində rəşadətlə vuruşub.

Ötən ilin noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.

Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.