Cəmiyyət

Şəhid Vüsal Hüseynovun ailəsi REAL-a danışır - VİDEO

29 Aprel 2021 12:04
Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman

Milli.Az Real TV-ə istinadən bildirir ki, bəli, bu torpaqlara ayaq basarkən bir daha düşünməli, onun qiymətsizliyini anlamaq lazımdır. Tək vətən deyil, anaların can parçasıdır bu torpaqlar.

Şəhid Hüseynov Vüsal Huseyn oğlu 1 Yanvar 1999-cu ildə Gədəbəy rayonunun Novo-İvanovka kəndində doğulub. 3 ay idi ki, müddətdən artıq hərbi xidmət keçirdi. Vətən müharibəsində bir dəfə yaralansa da təkrar döyüşə qayıdıb.
Xocavənd uğrunda gedən döyüşlərdə canını fəda edən Vüsal Hüseynov haqqında danışır ailəsi.

Ən çox zəhmətlə onları böyüdən anasından nigaran qalarmış Vüsal. Anası üçün tikdirdiyi ev yarımçıq qaldı. Əvəzində bir xalqın ürəyində taxt qurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.