Cəmiyyət

"Hüseynbala Mirələmov gözündən müalicə alır, əli ilə köməkçisindən kağız istəyirdi" — AÇIQLAMA

27 Aprel 2021 23:12
Baxış: 13 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İndicə Hüseynbala Mirələmovla danışdım, bir daha o qalmaqallı hadisəyə mövqeyini soruşdum... Bu FB-çilər onu əməlli-başlı çaşdırıblar".

Milli.Az bildirir ki, bu sözləri "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili özünün feysbuk hesabında yazıb.

O, daha sonra bunları qeyd edib:

"Hüseynbala müəllim mənə bir resept kağızı göndərdi: sən demə bir müddət imiş ki, gözündən müalicə alırmış, yəni uzağı görmə pisləşib, eynəksiz ətrafı tor görür. Konfrans zamanı isə o, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş, əli ilə həmin kağızı axtarırmış... Bunu da mərdimazarlar qeydə alıb sosial şəbəkələrdə pis mənada yayımlayıblar... Məsələ belədir!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.