Cəmiyyət

16 min ailənin yol və sənədsiz ev problemi

27 Aprel 2021 14:24
Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərinin sonradan salınan, 16 min ailənin yaşadığı Məhsəti qəsəbəsi şəhərin əsas yaşayış massivlərindən biridir. Yaşayış massivi 1990-cı illərin əvvəllərində salınmağa başlayıb və bu müddət ərzində tədricən qaz, işıq, su və rabitə xətti kimi vacib infrastruktur məsələləri həllini tapıb. Bu gün yaşayış massivində ən ciddi problem yolların yararsız vəziyyətdə olmasıdır. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yol problemi ilə yanaşı, yeni salınan qəsəbələrin digər problemi isə tikililərin sənədsiz olmasıdır. Məhsəti qəsəbəsində inşa edilən yaşayış evlərinin əksəriyyətinin rəsmi sənədi yoxdur. 

Bildirək ki, bu gün Gəncə şəhərində sonradan salınan səkkiz iri qəsəbə var ki, bu qəsəbələrdə orta hesabla, 70 mindən çox insan yaşayır. 

Qeyd edək ki, ölkənin ikinci böyük şəhərinin ən iri qəsəbələrində vaxtilə Gəncə ətrafı rayonlarda yaşamış sakinlər məskunlaşıb. Hazırda Gəncəyə yaxın rayonlardan bu qəsəbələrə yaşamaq üçün gələnlərin sayı durmadan artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.