Cəmiyyət

Bakıda əməliyyat: Xeyli sayda idmançı saxlanıldı - VİDEO - FOTO

27 Aprel 2021 11:19
Baxış: 2 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən "Anderqraund" adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir. Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib.

Həmin şəxslərdən COVID-19 virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər.

Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.