Cəmiyyət

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var

23 Aprel 2021 21:59
Baxış: 5 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az oxu24-ə istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115", "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1980-ci il təvəllüdlü İsayeva Hicran Nurəddin qızı dünyasını dəyişib, 1973-cü il təvəllüdlü Mirzəyev Ceyhun Arif oğlu, 1983-cü il təvəllüdlü Hüseynova Zəminə Arif qızı və 1994-cü il təvəllüdlü Əkbərov Əruz Azər oğlu isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.