Cəmiyyət

Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var

20 Aprel 2021 08:13
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevirdə yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Energetik yaşayış massivində, İncilli yolu adlanan istiqamətdə qeydə alınıb.

İdarəetmədən çıxan "Hyundai" markalı minik maşını aşıb. Qəza nəticəsində avtomaşında olan 1999-cu il təvəllüdlü Abdullayev İsmixan Sadiq oğlu və 2002-ci il təvəllüdlü Abbaszadə Emil Asif oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.