Cəmiyyət

Məğrur duruşu ilə tarix yazan topçu Vüsal - VİDEO

13 Aprel 2021 10:04
Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Top atəşini yerinə yetirdikdən sonra məğrur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi. Hamı onu "Topçu Vüsal" kimi tanıdı. İndi həmin Vüsal Xaçmaza - ailəsinin yanına gəlib.

Milli.Az xəbər verir ki, "XəzərXəbər" Vüsalla görüşüb.

44 günlük Vətən müharibəsi zamanı qürurlu duruşu ilə məğrurluq simvoluna çevrildi.

Hərəkətləri ilə bir anda tanındı və hamının yaddaşında Topçu Vüsal kimi qaldı.. Əsgər, Xaçmaz sakini Vüsal Şahkərimov hərbi xidmətdən məzuniyyətə buraxılıb.

Vüsal kadrlara düşdüyü o anda hansı hissləri yaşayırdı? Xidmətini hansı duyğularla yerinə yetirirdi? Bütün bunları "Xəzər Xəbər"lə bölüşdü.

Vüsalın da iştirak etdiyi top atışlarında düşmənin xeyli canlı qüvvəsi məhv edilib. Onlara xəbər çatanda isə əhval-ruhiyyələri lap yüksək olub.

Vüsal məzuniyyətə buraxılanda da onun təmtəraqla qarşılanmasını istəməyib. Ona görə də evə gələndə valideynlərinin də xəbəri olmayıb.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əslən Xaçmaz rayonundan olan Vüsal Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra məğrur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddətdə sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

Vusal Şahkərimov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.