Bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun doğum günüdür.
Milli.Az xəbər verir ki, moderator.az-ın əməkdaşı H.Həsənovun necə öldürülməsi ilə bağlı D.Əsgərova sual ünvanlayıb. D.Əsgərov deyib ki, bunu Şahbaz Quliyevdən soruşun və hətta əsəbləşib:
"Allah Həsənə rəhmət eləsin. Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun. Şahbaz deyir ki, Həsən guya yaralı halda gəlib yanımdan keçdi. Haram olsun Şahbaza. Nə üzlə Həsənin qəbrinin üstünə gedib? Mən Həsənin vurulduğu görməmişəm. Mən indi Qubadayam. Çox təəssüf ki, Həsənin doğum günündə onun qəbrini ziyarət edə bilmədim".
Şahbaz Quliyev isə bu barədə danışmaq istəmədiyini bildirib:
"Dilqəm haqqımda nə deyir özü bilər. İndi bu haqda heç nə danışmaq istəmirəm. Buna imkanım da yoxdur. Sonra nə vaxtsa görüşüb danışarıq".
Milli.Az