Cəmiyyət

“Məcburi köçkünlər o evlərdə müvəqqəti yaşayır” - “Qaçqınkom” sədri

9 Aprel 2021 18:43
Baxış: 1 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məcburi köçkünlər üçün salınmış 115 qəsəbədə mənzillər onların öz torpaqlarına qayıtmasından sonra digər dövlət strukturlarının balansına veriləcək".

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev haqqin.az-a müsahibəsində bildirib. 

""Qaçqınkom"un balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər göstərilib. Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək. Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək".

O, azərbaycanlıların Xankəndinə, Xocalıya və hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər ərazilərə qayıtmasının "zaman məsələsi" olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə böyük və ciddi iş aparılır: "Tam əminliklə deyə bilərəm ki, məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin və ya valideynlərinin yaşadıqları şəhərlərə və kəndlərə qayıtmağa hazırdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.