Cəmiyyət

Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO

9 Aprel 2021 12:38
Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəxsi heyətin səhra şəraitində kompakt yerləşdirilməsi üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən bu modul tipli yataqxanalarda bütün infrastruktur yaradılıb. Elektrik, su və qaz xətləri çəkilən yataqxanalar tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə təmin olunub.

Bu istiqamətdə müvafiq tədbirlər planlı şəkildə davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.