Cəmiyyət

Əyani tədrisin bərpası nə vaxt gözlənilir? - Təhsil Nazirliyi cavab verdi

2 Aprel 2021 12:38
Baxış: 1 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Distant tədrisə keçmiş təhsil müəssisələrinin yenidən əyani tədrisə geri dönüşü təbii ki, mövcud sanitar-epidemioloji vəziyyətdən, yəni yoluxmaların sayından asılıdır. Təhsil Nazirliyinin dünən Səhiyyə Nazirliyinin müvafiq rəyi əsasında verdiyi qərar yoluxmanın daha çox olduğu 5 region üzrə ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin distant təhsilə keçməsi ilə bağlıdır". 

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib. Onun sözlərinə görə, həmin təhsil müəssisələrinin yenidən əyani tədrisə geri dönüşünə yoluxma sayından asılı olaraq qərar veriləcək. 

Qeyd edək ki, Təhsil Nazirliyinin ötən gün verdiyi qərara əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.