Cəmiyyət

Daşkəsəndə qətl törədən şəxsə ağır cəza

1 Aprel 2021 17:43
Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsən rayonunda qətl törətməkdə təqsirləndirilən Elbrus Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Elbrus Mehdiyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2019-cu il, dekabrında baş verib.

Rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalarla meyitin Şəmkir rayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban Abdullayeva aid olduğu təsdiqlənib.

Qurban Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində öldürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs - Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Elbrus Mehdiyev həbs olunub.

İstintaq orqanı tərəfindən Elbrus Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) və 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama) maddələri ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.