Cəmiyyət

Dayanacaqlarda ödəmə terminalları niyə yoxdur? - VİDEO

1 Aprel 2021 11:24
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərazidən ödənişi yalnız kartla qəbul edən  marşurut xəttinin avtobusları keçir. Lakin dayancaqlarda ödəmə terminalları yoxdur. Problem paytaxtın Xətai rayonu NZS qəsəbəsində yaşanır. Sakinlər dəfələrlə kartın balanısnda pul olmadığı üçün avtobusa minə bilmədiklərini bildirirlər.

32 nömrəli avtobus  "28 May" metrostansiyası-"8-ci kilometr"  ərazisi üzrə hərəkət edir. Xətai rayonu Nzs qəsəbəsidən  Neftçilər metrosuna qədər olan 7 kilometrlik məsafədəki  dayanacaqlarda isə Bakı kartın balansını artırmaq üçün ödəmə terminalları tapılmır.

Sərnişinlərin tək istəyi aidiyyatı qurum olan Bakı Nəqliyyat Agentliyinin əraziyə baxış keçirməsi və  ehtiyac olan dayanacaqlara terminalların qoyulmasıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev ''Xəzər Xəbər'' ə bildirdi ki, ödəmə terminalı sərnişin sıxlığı nəzərə alınaraq qoyulur.

Vətəndaşlar da qısa zamanda  ödəmə terminallarının sayının  artırılacağına və gediş-gəlişdə heç bir problemlə rastlaşmayacaqlarına ümid edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.