Cəmiyyət

7 ildir axtarılan qanqster “YouTube” vasitəsilə tapıldı - VİDEO

31 Mart 2021 10:39
Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya polisi tərəfindən 7 ildir axtarılan qanqster "YouTube" platforması sayəsində ələ keçirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İtaliyanın ən güclü mafiya təşkilatı "Ndrangheta"nın üzvü kimi tanınan, 53 yaşlı Mark Feren Klod Biartın yemək kanalında videosu təsbit edilib. Üzünü gizlədən Biartın şəxsiyyəti onun qolundakı döymələr sayəsində müəyyən edilib. Onun Dominik Respublikasındakı Boka Çika qəsəbəsində sakit həyat yaşadığı məlum olub.
 
2014-cü ildən bu yana narkotik qaçaqmalçılığı səbəbilə axtarılan şəxs polis tərəfindən həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.