Cəmiyyət

Yoluxma sayının və virusdan ölüm hallarının azalması, eyni zamanda xəstəliyi daha yüngül keçirmək üçün vaksinasiya mütləqdir

29 Mart 2021 21:50
Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər yeni növ koronavirusla (COVID-19) əlaqədar vəziyyət daha ciddi xarakter alır. Yoluxma və ölüm saylarındakı artım həkimləri "həyəcan təbili" çalmağa vadar edir. Sürətlə yayılan virusa qarşı yeganə yol vaksinasiyadır, lakin peyvənd edilmək də arxayınçılıq hissi yaratmamalıdır.

Vaksinin əsas üstünlüyü odur ki, COVID-19-a yoluxan zaman xəstə reanimasiyaya düşmür, yəni ağırlaşma halları gözlənilmir, lakin bu, o demək deyil ki, peyvənd olunanlar artıq tibbi maskadan istifadə etməməli və özünü qorumamalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Bəylər İmanov deyib: "Yalnız və yalnız hər ikisi peyvənd olunan şəxslər bir-biri ilə maskasız təmas saxlaması təhlükə yaratmır. Əgər bir neçə nəfər ayrı-ayrı vaxtlarda peyvənd olunublarsa, onlar da bir-biri ilə maskasız ünsiyyət saxlaya bilər. Yox, əgər peyvənd edilibsə və xəstə ilə təmasda olacaqsa, xəstələnmək mümkündür".

Yoluxma sayının və virusdan ölüm hallarının azalması, eyni zamanda, xəstəliyi daha yüngül keçirmək üçün vaksinasiya mütləqdir. Tələb olunan normalara əməl etmək isə vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.