Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai Tucson" markalı minik maşını yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində maşında olan 4 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Milli.Az