Tovuzda maşın aşıb, dörd nəfər xəsarət alıb

26 Mart 2021 18:24

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai Tucson" markalı minik maşını yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində maşında olan 4 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Milli.Az