Cəmiyyət

Laçın polisi bir kənddən 78 mina aşkarladı - FOTO

26 Mart 2021 11:45
Baxış: 1 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidməti fəaliyyətdə olan zaman həmin yerdə xeyli sayda mina aşkar ediblər. Dərhal bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib.

Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 78 ədəd mina və partladıcıları müəyyən edilib, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.