Cəmiyyət

Britaniya ştammına yoluxanların ölüm riski var? - Araşdırma - VİDEO

23 Mart 2021 17:56
Baxış: 1 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elmi tədqiqatlar sübut edir ki, Britaniya ştammı ölüm riskinə görə fərqlənir. Belə ki, 28 gün ərzində bu ştamma yoluxan şəxslər arasında ölüm riski 58-67 faizə yüksəlib.

Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib. O bildirib ki, təhlükənin yüngül hesab edilməsi qarşıdakı günlərdə böyük fəlakətlərə gətirib çıxaran hadisələrə səbəb ola bilər:

"İngiltərədəki elmi tədqiqatlarda Britaniya ştammının ilkin mərhələdə yoluxuculuq qabiliyyətinin yüksək olduğu göstərilirdi. Bu səbəbdən yanvar ayında sözügedən tədqiqatlarla tanış olan elm adamları bu ştamma yoluxanlar arasında ölüm riskinin yüksək olmasını təkzib elədilər. Lakin təəssüflər olsun ki, son tədqiqatlara görə, Britaniya ştammında ölüm riskinin çox olduğu akşarlanıb. Hətta xəstəxanaya yerləşdirilən xəstələr arasında bu risk təxminən 64 faiz yüksəkdir".

Nuran Abdullayev onu da qeyd edib ki, yoluxma sayının artması ilə əlaqədar xəstələrə tibb müəssisələrində lazımi tibbi xidmətin göstərilməməsi də ölüm hallarını artıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.