Cəmiyyət

Turizm potensialımızın nümayişi - VİDEO

18 Mart 2021 12:51
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Moskvada keçirilən "Miit - 2021" beynəlxalq turizm sərgisində təmsil olunur. Epidemioloji durumdan sonra ilk dəfə keçirilən beynəlxalq sərgidə bu dəfə 91 ölkə iştirak edir.
 
Milli.Az Real TV-ə istinadən bildirir ki, beynəlxalq sərgidə ziyarətçilərə Azərbaycana nəzərdə tutulmuş müxtəlif turlar təqdim olunur. Həftə sonu turu, qastronomik, müalicəvi tur və digər səyahət növləri bu təkliflər sırasındadır. Ölkəmizdə olan otellər, istirahət zonaları barədə ətraflı məlumat verilir.

Bizimlə söhbətində Turizim şirkətinin direktoru Pavel Demeşenko Rusiyalı turistlərin Azərbaycan üçün darıxdıqlarını bildirdi:



"Planlarımız çoxdur. Amma biz hələlik gözləmə vəziyyətindəyik. Təəssüflər olsun ki, hələ heç kim ölkənin turistlər üçün nə vaxt açılacağını dəqiq bilmir. Amma deyə bilərəm ki, gözlənilən tələb çox olacaq. Çünki biz hər gün suallarla dolu çoxlu zənglər alırıq ki, nə vaxt ölkə turistlər üçün açılacaq. İnsanlar isti hava, mətbəx, tarix üçün, yaxşı istirahət üçün darixiblar. Hec vaxt belə olmamışdı ki, yaxşı istirahət üçün bu qədər həsrət olsun. Çoxlarının orada dostları var və hər kəs istəyir ki, tezliklə gəlib qonaqpərvərlikdən zövq alsınlar".

Elə digər turizm şirkəti nümayəndələri və ziyarətçilər arasında apardığımız sorğu da göstərdi ki, Azərbaycana gəlmək istəyənlərin sayı az deyil.

Turizm Şirkətinin direktoru Yelena Lokay:


"Bəli, məmuniyyətlə, sizin ölkənizi ziyarət etmək istəyirəm. Həm də fəal şəkildə öz turistlərimizə Azərbaycanı tanıtmaq fikrindəyik. Ona görə sərgiyə gəldik ki, turistlər üçün daha çox informasiya əldə edək"

Sərgi iştirakçısı Yevgeniya Zalukayeva:



"Mən Bakıda olmuşam. Dəqiq desəm, futbol oyunları zamanı, məhz fudbolu izləməyə gəlmişdim. demək istəyirəm ki, birmənalı olaraq ora getməyə dəyər, sizdə hər şey çoox dadlıdır.

Sərgi iştirakçısı Yekaterina Ukrayntseva:

"Mənim üçün bu istiqamət çox cəlbedicidir və imkan olan kimi, məmuniyyətlə, Azərbaycana yollanmaq istərdim. Düzünü desəm, ailəvi getmək istəyirdik, epidemiya ilə əlaqədar təxirə salındı. Bizi təkcə xaric maraqlandırmır həm də qonşu və dost ölkələr maraqlandırır".

Qeyd edək ki, bu il keçirilən sərgidə Rusiyanın 80 reqionu ilə yanaşı dünyadan 91 ölkə təmsil olunur. Beynəlxalq turizim sərgisi martın 18-nə kimi davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.