Cəmiyyət

Moskvada yaşayan azərbaycanlı jurnalist vəfat edib

18 Mart 2021 08:05
Baxış: 1 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.

Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər  "Russia Today" Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.

A.Axundov həm də fotoqraf kimi tanınıb. 2011-ci ildə Moskva Millətlər Evində onun Azərbaycan və Moskvaya həsr olunan "Azərbaycan və Moskva Araz Axundovun gözü ilə" adlı  ilk şəxsi sərgisi keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.