Cəmiyyət

Daşı tarix, çörəyi muzey Ağdam - VİDEO

13 Mart 2021 16:25
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dağıdılmış tarixi abidələr bərpa olunacaq

Milli.Az REAL TV-yə istinadən bildirir ki, Ağdamın gözəlliyini, mədəniyyətini, abidələrini bizə Ağdam işğal olunan gün İcra Hakimiyyətinin binasından yalnız əhalinin siyahısı qeyd olunmuş dəftəri götürüb çıxan İcra nümayəndəsi Zülfü Qasımov izah edir.

Ağdamlılar hər il keçirilən Natəvan qızlar gününə düz 1 il hazırlaşırdı. Ağdamın əsas meydanında start götürən bayram, Pənahəli xanın evinin qarşısında davam edirdi.

Çünki, bu yer onlar üçün olduqca əhəmiyyətli və rəmzi məna daşıyır.

Ermənilər Ağdamda arxeoloji qazıntılar aparsalar da nəticəsi onlar üçün ürəkaçan olmadığı üçün qazıntı işlərini dağıtı işləri ilə əvəzləyiblər. Qarabağın son hökmdarının varisi Xurşudbanu Natəvan atası və digər ailə üzvləri ilə birlikdə dəfn edildiyi bu tarixi məkan da dağıdılıb.

Dağıdılan digər tarixi abidə isə Ağdam Çörək muzeyidir. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etdib. Muzeydə 2800-ə yaxın eksponat var idi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi. İndi isə muzeyin yerləşdiyi küçənin kanalizasiya boruları belə sökülüb aparılıb.

Ermənilər tərəfindən dağıdılan digər abidə isə ikinci dünya müharibəsi qəhrəmanlarına həsr edilmiş 41-54 abidəsidir. Bir zamanlar Şəhidlər xiyabanının yaxınlığında ucaldılmış abidə artıq yoxdur. Erməni faşizmi boş qalmış abidənin yerindən açıq aydın görünür. 30 il ərzində dağıdılmış abidələr, muzeylər, talan edilmiş qiymətli eksponatlar üçün Azərbaycan Mədəniyyət Nazirliyində uzun müddətdir iş aparılır. Lakin bərpa prosesində biz də yaxından iştirak etməliyik. Bunun üçün nazirlik əhaliyə müraciət də edib. Dağıdılan abidələrin əvvəlki görünüşünü tam əks etdirən fotolar, hər hansısa tarixi əşyalar bu gün bərpa prosesində önəmli rol oynaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.