Cəmiyyət

MTN generalların işində zərərçəkən qadının məhkəməsi başlayır

13 Mart 2021 09:49
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda dələduzluqda təqsirli bilinən Ulduzə Səfərzadə barəsində cinayət işi başlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, U. Səfərzadə iki nəfərin etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edərək pullarını mənimsəyib. Zərərçəkmişlərin şikayəti əsasında U. Səfərzadə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, U. Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.