Azərbaycan təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinə adaptasiya çərçivəsində təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan parnik qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.
Qeyd olunan Saziş, həmçinin ölkələrin iqlim dəyişmələrinin təsirlərinə adaptasiyası məsələlərini əhatə edir. O cümlədən, Sendal çərçivə proqramında 2030-cu ilədək ölkələrdə təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyi göstərilir.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın "BARON" şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Bununla da İqlim Dəyişmələri üzrə Tərəflərin 26-cı Konfransı ərəfəsində Azərbaycan konvensiyanın prinsiplərinə öz sadiqliyini növbəti dəfə təsdiq edib.
Ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb.
Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi Şamaxı və Göygöl rayonlarında 9 mart 2021-ci il tarixində istifadəyə verilib. Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Zoltan Szalai, "Spesosnasheniya" şirkətinin rəhbəri Aliya Nurakişeva iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq





