Cəmiyyət

Sərt karantinlə bağlı daha bir açıqlama - VİDEO

9 Mart 2021 09:41
Baxış: 2 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Ötən həftənin əvvəlində yoluxma sayı 200-ə yaxın idisə, həftə sonu rəqəmlər bir az da yüksələrək 400-ü keçdi.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, həkim infeksionist Vüqar Cavadzadə bildirib ki, karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olur. Əgər artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq.

Həkim infeksionist Vüqar Cavadzadə ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb. Risk qrupuna daxil olan şəxslərin vaksinasiya etdirməsinin vacibliyini qeyd edib.

İnkesionist bildirib ki, dövlətimiz tərəfindən ölkəmizə kifayət qədər vaksin gətirilib. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.