Cəmiyyət

Bu gündən martın 9-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

6 Mart 2021 06:45
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən martın 9-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Eyni zamanda Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına dəyişikliyə əsasən, martın 8-də də ictimai nəqliyyat işləməyəcək.

Bununla əlaqədar 06 mart saat 00:00-dan 09 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.