Cəmiyyət

Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb

1 Mart 2021 12:54
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli Gəncə Peşə Liseyi, 2 nömrəli Gəncə Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək, onların bazasında yaradılan "Sənayə və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxs statusu əldə edib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, sözügedən Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlaya, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil verə biləəck.

Mərkəz, eyni zamanda, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaq.

Peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlər 2019-cu ildən başlanılıb. Hazırda Təhsil Nazirliyinin tabeliyində olan 8 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.