Cəmiyyət

Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub - FOTO

27 Fevral 2021 13:51
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün dünyada Xocalı soyqırımı qurbanlarının anım tədbirləri davam edir. Həmvətənlərimiz Almaniyanın Helzenkirxen, Köln, Berlin və digər şəhərlərində fəaliyyət göstərən məscidlərə gedərək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, tədbirlərdə Xocalı soyqırımı haqqında məlumat verilib və 1992-ci ilin 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşiliklər pislənilib, insanlığa qarşı cinayət adlandırlıb.

Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən həmvətənlərimiz faciə qurbanlarının ruhuna dualar oxuyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.